ƏSAS SƏHİFƏ

SƏNƏDLƏR

KİTABLAR

VİDEOLAR

FOTO ALBOM

20 NOYABR

QONAQ KİTABI

“20 NOYABR”

(sənədli film)


     1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində Azərbaycanın hökumət adamları olan hərbi Mİ-8 N72 vertolyotu erməni quldurları tərəfindən vuruldu. Bu qəzada Azərbaycan neçə-neçə qeyrətli, mərd, torpağını, xalqını sevən, qəhrəman oğlunu itirdi. Bu təkcə onların ailələrinin deyil, bütün Azərbaycanın faciəsiydi. 20 NOYABR olayı bundan sonra başımıza gələcək müsibətlərin başlanğıcıydı.
     O gündən bizi 20 illik bir tarix ayırır. Həmin faciənin qurbanlarının yaxınlarının, doğmalarının istəyi ilə “20 NOYABR” sənədli filmi çəkilib. Onlar əzizləri ilə bağlı, qəza baş verən anda yaşadıqlarını dilə gətirirlər. Üstündən 20 il ötsə də onlara hadisəni yada salmaq çox ağır, çox çətindir.
20 noyabr hadisəsi yaxınlarının yaddaşında məhz bu cür qalıb.
Anatoliy Serikov
Əhməd Əhmədov
Eldar Həsənov
Elmira Axundova
Hüseyn Hüseynzadə
Lalə Mustafayeva
Məleykə Əsədova
Nailə Məmmədova
Səbinə İsmayılova
Sevinc Osmanqızı
Filmin ssenari müəllifi Ramiz Fətəliyev, rejissoru Rafiq Əliyev, prodüsseri Şakir Eminbəylidir.


Hazırladı: Araz Əyyubov